Evdə vurulan iynələrlə bağlı XƏBƏRDARLIQ

14:26 19.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venadaxili iynə vurulması ciddi tibbi prosedur hesab olunur və bu xidmət yalnız yüksək ixtisaslı tibb işçiləri tərəfindən göstərilməlidir.

Hafta.az xəbər verir ki, TƏBİB-in sədri Vüqar Bayramov bildirib ki, bu məqsədlə tibb müəssisələrinin birinci mərtəbəsində təcili tibbi yardım otaqları fəaliyyət göstərir.

Onun sözlərinə görə, əsas məqsəd vurulan iynələrin həkim nəzarəti altında icra olunmasını təmin etməkdir. Vüqar Bayramov qeyd edib ki, evlərə gedən tibb bacıları tam tibbi avadanlıqla təchiz olunmur və bu, risk yarada bilər:

“Əgər xəstə gözlənilmədən şok vəziyyətinə düşərsə, ev şəraitində buna müdaxilə etmək mümkün olmaya bilər. Xəstənin həyatı bizim üçün hər şeydən önəmlidir”.